Uşaq geyimləri və məktəbli ləvazimatları qiymətləri ilə bağlı monitorinqlərə başlanıb

Uşaq geyimləri və məktəbli ləvazimatları qiymətləri ilə bağlı monitorinqlərə başlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni artımının qarşısının alınması məqsədilə Bakıda və respublikanın regionlarında monitorinqlərə başlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur (əlaqə telefonu: 498-15-01, 498-15-04).

Bütün xəbərlər Facebook səhifəmizdə