İnsan orqanizmi üçün təhlükəli olan dondurmalar məhv edilir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında dondurma istehsalı ilə məşğul olan fiziki şəxs İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. SİA-nın xəbərinə görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən \"Alyeda\" adlı dondurmalarada yağın kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1351 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən İlham Məmmədova icrası məcburi göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB