“Günəşli” yatağında 406 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında 406 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
Öz məhsuldarlığı ilə fərqlənən "Günəşli" yatağı ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malikdir. Burada yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. SİA-nın məlumatına görə, yatağın işlənməsini həyata keçirən "28 May" adına NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür. Bu günlərdə "Günəşli" yatağındakı 19-cu özüldən 406 nömrəli quyu əsaslı təmirdən sonra istismara daxil edilib. Təmir işləri "28 May" NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib. Quyu Fasilə Lay Dəstəsindən 2788-2757 metr intervaldan sutkada təxminən 120 ton neft hasilatı ilə işləyir. Qeyd edək ki, 2004-cü ilin əvvəlindən istismarda olan 406 nömrəli quyudan indiyədək 476,7 min ton neft hasil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə