Saxlama müddəti ötmüş məhsullar bazardan çıxarılıb

Saxlama müddəti ötmüş məhsullar bazardan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda

- Gəncə prospekti, ev 105 ünvanında Rabil Əliyevə məxsus mağazada;

- Neapol küçəsi, ev 8 ünvanında yerləşən \"Uğur market\"də;

- Mehmandarov küçəsi, ev 80 ünvanında yerləşən \"Telman market\" də;

- Ağa Neymətulla küçəsi, ev 75 ünvanında Azər Şükürova məxsus marketdə;

- S.Orucov küçəsi, ev 13 ünvanındakı \"İnci market\"də;


Nərimanov rayonunda

- Azadlıq prospekti, ev 151A ünvanında yerləşən \"Cavidan market\"də;

- Ağa Neymətulla küçəsi, ev 85 ünvanında Elmir Məmmədova məxsus mağazada;


Füzuli rayonunda

- Qayıdış qəsəbəsi, 9, ev 105 ünvanında Əziz Bayramova məxsus mağazada ümumi çəkisi 170 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə