Lənkəranda elektrik enerjisindən istifadəyə görə ödənişlər 11 faiz artıb
Lənkəran elektrik şəbəkəsində cari ilin iyun ayında ümumilikdə 8,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 640 min kilovatsaat azdır. SİA-nın "Azərenerji" ASC-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hesabat dövründə ümumi ödəniş isə ötən ayların debitor borcu nəzərə alınmaqla 103,5 faiz olmuşdur ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 3,6 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda 5,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ödəniş isə 99,4 faiz olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupu üzrə istehlak 625 min kilovatsaat azalmış, ödənişdə mütləq artım 1 faizə yaxın olub.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində ümumilikdə 56,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 97 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 62,2 milyon kilovatsaatdan artıq və 81 faizə yaxın olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 10 faizə yaxın azalmış, ödəniş isə mütləq 8 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon kilovatsaata yaxın azalaraq 38,4 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 11 faizə yaxın artaraq 97,5 faiz olub.
Salyan EŞ-dən əldə edilən məlumata görə isə, burada cari ilin iyun ayında 20,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 98 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 17,2 milyon kilovatsaatdan və 85 faizdən artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 36 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 4,5 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə 75 faizə yaxın təşkil edib.
Onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak 121,5 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin 6 aylıq yekununa görə 80 faizə yaxın olduğu halda cari ilin müvafiq dövründə 86 faizə yaxın olub. Nəticədə ödənişdə mütləq artım 21 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 35,5 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4,7 milyon kilovatsaat azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 1 faizə yaxın artaraq 71 faizdən artıq olub.
Astara EŞ müəssisəsində cari ilin iyun ayında 2,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 91 faizə yaxın hissəsi ödənilib. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 3 milyon kilovatsaatdan artıq və 84 faizə yaxın olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4 faizə yaxın azalmış, ümumi ödənişdə mütləq artım 4 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin eyni dövründəki göstəricidən 295 min kilovatsaata yaxın azalaraq 1,8 milyon kilovatsaata, ödəniş isə 85 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstərici 77 faizə yaxın olub.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə 19,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1 faiz çoxdur. Sözügedən dövr ərzində ümumi ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faizə yaxın mütləq artaraq 88 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 12,2 milyon kilovatsaatdan artıq, ödəniş isə 89 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 13,9 milyon kilovatsaata yaxın, 73 faizdən artıq olub. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupunda istehlak 11,9 faiz azalmış, ödənişdə mütləq artım 7 faizə yaxın olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB