İlkin Soltanlı : \"Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməyə kifayyət qədər imkanları genişdir\"
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi İlkin Soltanlı və iqtisadçı ekspert Müşfiq Həsənovun SəsTv-yə müsahibəsi
- Ölkədə aparılan aqrar islahatların uğurlu nəticəsi özünü nədə göstərir?
Müşfiq Həsənov: - Doğrudan da aqrar islahatlar öz dövründə çox cəsarətli addım idi. Ümummilli liderimizin rəhbərliyi altında aparılan aqrar islahatlar MDB məkanında ilk islahatlar idi. Çox sürətlə və maksimum dərəcədə səhvsiz həyata keçirilən aqrar islahatların nəticəsi özünü
əasən bu gün ölkənin ərzaq bazarında əhalinin keyfiyyətli ərzaqla təminatında göstərir. Mən hesab etmirəm ki, Azərbaycanda ərzaq böhranı yarana bilər. Çox böyük cəsarətlə demək olar ki, Azərbaycanda belə bir problem gözlənilmir. Bir sıra məhsullarda da hətta 1969-1983-cü illərdə də kənd təsərrüfatının Azərbaycanda inkişaf dövrü olan nəticələri üstələmişdir. Konkret olaraq taxıl məhsullarının istehsalı üzrə deyə bilərəm ki, 2010-cu ilin nəticələrinə görə, ölkə üzrə 3 milyon ton taxıl məhsulları istehsal etmişik ki, bu da tələbatdan xeyli artıqdır. Bu il 2 milyon 400 min ton taxıl məhsullarının istehsal edilməsi proqnozlaşdırılır. Taxıl əsas faktordur, strateji məhsuldur. Digər kənd təsərrüfatı məhsullarından üzümçülük sənayesi üzrə şərab məhsullarının istehsalı üzrə çox keyfiyyətli və dünyada rəqabət aparmaq qabiliyyətinə malik ixrac yönümlü məhsullarımız var. Meyvə-tərəvəz məhsullarının emalı sahəsində çoxlu naliyyətlərimiz var. Şirələr istehsal olunur ki, bunları da spirtsiz içkilər fonunda nəzərdə tutsaq bu şirələr xarici bazarda çox böyük rəğbətlə qarşılanır. Ölkə əhalisi özünün ərzaq təminatı baxımından heyvandarlıq məhsullarının istehsalı üzrə problem yaşanmır. Daxili ərzaq bazarına bu gün istənilən istehlakçı daxil olmaqla öz istehsal səbətini yerli məhsullarla çeşidlərlə zənginləşdirə bilir. Aqrar islahatların həyata keçirilməsi tarixi zərurət idi və bu məsələni də məntqi sonluğa çatdırmaq lazımdır. Aqrar sənaye kompleksini kooperasiya əsaslı təsərrüfatçılıq formasına gətirmək.
- Bəzən kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracında problemlə üzləşir. Bu problemin köklü həlli yolu varmı?
İlkin Soltanlı: - Azərbaycanda aqrar islahatlar son illərdə uğurla həyata keçirilir. Kənd təsərrüfatında böyük dəyişikliklər baş vermişdir. Bugünkü qloballaşan bir dünyada, ərzaq təhlükəsizliyinin böyük qlobal problemə çevrildiyi bir zamanda Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan kifayyət qədər genişdir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da bu məhsulların keyfiyyət baxımından müəyyən problemlər mövcuddur. Bu gün geni dəyişdirilmiş məhsullar bütün dünya bazarlarında ayaq açıb yeriyir. 2004-cü ildə Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının həcmi 137 milyon dollar həcmində idisə keçən il 400 milyon dollardan artıq olub. İlk öncə Azərbaycanda istehsal edilən məhsulların keyfiyyət və ekoloji cəhətdən təmiz olması ilə bağlıdır. İqtisadiyyat elmində belə bir qanunauyğunluq mövcuddur ki, hər hansı bir iqtisadiyyat sahəsinə yönəldilən sərmayə ilə istehsal olunan məhsulların ixracı sahəsinə nə qədər çox sərmayə yönəldilərsə bir o qədər də çox məhsul istehsal oluna bilər. Azərbaycanda son zamanlar iki il əvvəl Masazırda duz zavodu istifadəyə verildi. Onun illik istehsal gücü 90 min tondur. Azərbaycanın daxili tələbatı 45 min tondur. İstehsal etdiyi məhsulun 45 min tonu xarici bazarda yüksək keyfiyyətlə satmaq üçün artıq əlavə yollar axtarmalıdır. Avropadan qadağan olunmuş məhsullar nəticəsində artıq Azərbaycandan keyfiyyətli məhsulların həmin ölkəyə getməsinin imkanları daha da genişlənir. İxrac problemləri ilə bağlı məsələlərə toxunmaq istəyirəm. İxrac problemlərinin həlli ölkənin daxili bazarı keyfiyyətli məhsullarla təmin olunmalıdır. Yəni burda belə mexanika sistemləşib formalaşdırılmalıdır ki, ilk öncə daxili bazar yerli keyfiyyətli məhsullarla tam təmin olunsun, ikinci növbədə isə o məhsullar xaricə ixrac olunsun. Aqrar sahədə son dövrlərdə cənab prezidentimizin verdiyi sərəncama uyğun olaraq aqrar sahədə idarə etmə sistemini təkminləşdirilməsi ilə bağlı artıq müəyyən işlər həyata keçirilir. Sözsüz ki kənd təsərrüfatı sistemində onun aqrar emal kompleksi ilə bu sistemin vahid bir forması formalaşdırıldıqdan sonra bu iqtisadi inteqrasiya əlaqələrinin emalı ilə istehsalı arasında bir-biri ilə tam vahid bir formada uzlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq.
- Kooperasiya yaradılması fikri hələdə ideya olaraq qalır. Səbəbi nədir?
Müşfiq Həsənov: - Kooperasiya ideya deyil. Xarici ölkələrin inkişaf etmiş dünya ölkələrinin təcrübələrində 150 ildən artıq kooperasiyanın təcrübəsi var. Bütün istiqamətlərdə bütün ölkələrdən nümunə gətirməyə çalışırıq. İngiltərədə 19-cu əsrin ikinci yarısında 1850-ci illərdə ilk qanun qəbul olunmuşdur və bu istehsal kooperasiyası formasında yaradılmışdır. Dünya tarixində kooperasiyanın feodalizimdən kapitalizmə keçid mərhələsində ilk qanun İngiltərədə qəbul olunmudur. ABŞ-da kooperasiyalaşmanın çox böyük təcrübəsi var. Yaxın tarixə müraciət etsək 1969-1983-cü illərdə biz 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal etmişik. Bu məhsullar strateji məhsullar idi. Nəzərə alaq ki, 1969-1983-cü illərdə əldə olunmuş o məhsullar bir başa xalqın özünə sərf olunan məhsullar idi. Dünyanın əksər ölkələrində harada ki kənd təsərrüfatını inkişaf etdirmək mümkündür, o ölkələrdə ki, xalqa ən yaxın iqtisadiyyat hesab olunur. Torpağa əmlaka olan münasibət bizdə dəyişib. Əvvəl torpaq içtimai mülkiyyətdə kolxozların, sovxozların formatında indi biz bunu özəlləşdirmişik və təxminən orta hesabla 870 min ailəyə 1,6 hektar torpaq sahəsi ayrılıb. Müasir dövrdə kollektiv əməyin dövriyyə salınması, məsuldarlığın artırılması üsulları və bu dünya təcrübəsindən irəli gələn ən qabaqcıl təsərrüfatçılıq forması olan bir neçə etibarlı üsullardan keçmiş təsərrüfat forması kooperasiyadır. Kooperasiya təkcə aqrar sektorda tətbiq olunmur. Azərbaycanda tikinti sahəsində kooperasiya əsaslı təşkilatların özəl qurumların yaranması sahəsində biz Bakıda nə qədər tikinti sektorunda, daşınmaz əmlak bazarında irəliləyişə nail olmuşuq. Azərbaycanda aqrar sektorda çox böyük potenseal var amma biz bunun 50 faizindən istifadə edə bilmişik. Azərbaycanda istehsal olunan kənd təsərrtüfatı məhsullarının əksəriyyəti xam mal formasında ixrac olunur. Bunun çeşidlənməsi, qablaşdırılması, tədarükü və satışı məsələləri öz həllini tapmalıdır.
- Kənd təsərrüfatı məhsullarının qiyməti bu gün sizi razı salırmı?
İlkin Soltanlı: - Yox. Məhsul istehsal edən şəxs məhsulu gətirib sərbəst şəkildə bazara çıxara bilmir. O zaman çox böyük problemlərlə qarşılaşır. Bütün dünya ölkələrində belə bir sistem mövcuddur ki, məhsul istehsal edən şəxsin bilavasitə qapısından pul ödəməklə məhsul birbaşa götürülür. Məsələn, kəndçi hər hansı bir sahəyə taxıl əkir və o taxılı sata bilmir. Toxumun keyfiyyəti və ya məhsuldarlığın keyfiyyəti aşağı olduğu üçün bütün bunlarla bağlı problem yaranır və o məhsulu sata bilmir. Satış problemini aradan qaldırmaq üçün müəyyən kompleks tədbirlər, işlər görülür. Dövlət tədarük sistemi ilə bağlı artıq bu istiqamətdə müəyyən işlər gedir, ümumiyyətlə tədarük sistemi formalaşdırılmalıdır. İstehsalçının məhsul satışında heç bir problemi olmamalıdır. Bu gün bazarlarda öz daxili məhsulumuzdan əlavə keyfiyyətsiz geni dəyişdirlimiş, forması gözəl amma keyfiyyəti olmayan məhsullar bazarlarımızda satılır. Onları yığışdırmaq bir qədər problem yaradır çünki biz qloballaşan bir dünyada yaşayırıq, lakin hər halda yerli istehsalçıları həvəsləndirmək, elmi yanaşma metodu ilə bu problemləri həll etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB