D.Medvedev: \"Dövlətin iqtisadiyyatda hakim mövqe tutduğu günlər artıq geridə qaldı”

D.Medvedev: \"Dövlətin iqtisadiyyatda hakim mövqe tutduğu günlər artıq geridə qaldı”

Rusiya Maliyyə naziri mətbuata açıqlamasında Rusiyada bir çox dövlət şirkətlərinin özəlləşəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi açıqlamaya görə, maliyyə naziri Aleksey Kudirin Rusiya iqtisadiyyatında köklü dəyişikliklərin olacağını qeyd edib. \"Hələ bu barədə ilk fikirlər ölkə prezidenti Dmitri Medvedev tərəfindən səslənmişdi. D.Medvedevin: "Dövlətin iqtisadiyyatda hakim mövqe tutduğu günlər artıq geridə qaldı" deməsi artıq məsələnin necə bir ciddi yerdə olmasına dəlalət edir.

Kreml Rusiya baş naziri Vladimir Putindən özəlləşdirmə paketini tez bir zamanda işləyib-hazırlamasını istəyib. Kremlin danışmanı Arkadi Drokoviç iqtisadiyyatda böyük pay sahibi olan dövlət şirkətlərinin tez bir zamanda özəlləşməli olduğunu bildirib. Kremlin danışmanı bu işin daha sürətli və də geniş miqyaslı olmasının labüdlüyünü vurğulayıb.

Maliyyə naziri Kudirin də bu yaxınlarda iştirak etdiyi bir konfransda yaxın 5 il ərzində bəzi dövlət şirkətlərinin özəlləşəcəyini bildirib.

Xatırladaq ki, Sovetlər dönəmindən bu yana ən böyük özəlləşdirmə sözügedən özəlləşdirmə ola bilər, çünki həmin dönəm 900-a yaxın müəssisə özəlləşdirilmişdisə, indi 900-dən çox müəssisənin özəlləşdiriləcəyi gündəmdədir. Beş illik müddət ərzində özəlləşmə payının 1,8 mlrd rubla, yəni 60 mlrd dollara çatacağı gözlənilir.

Bundan əlavə, özəlləşdirmədən gələn gəlirin Rusiya hökumətinin büdcə kəsrinin aradan qaldırılmasına yönəldəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə