Kənd Təsərrüfatı Nazirliyi: \"Azərbaycan özünü yerli məhsullarla təmin edir\"
\"Azərbaycan özünü yerli məhsullarla təmin edir və respublikada "Escherіchіa colі" bağırsaq virusuna yoluxma gözlənilmir\". Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev SİA-ya verdiyi açıqlamasında bildirib ki, hazırda Azərbaycana xaricdən kənd təsərrüfatı məhsulları çox az miqdarda idxal olunur: " Bu dəqiqə Azərbaycan xaricdən demək olar ki, kənd təsərrüfatı məhsulları idxal eləmir. Bazar demək olar ki, 99 faiz yerli məhsullarla təmin olunur. Bir ara dedilər ki, bu virus xiyarda aşkarlanıb, sonra paxlada dedilər. Amma elə, ya da belə mövsümlə əlaqədar olaraq, bazar mən deyərdim ki, yerli məhsullarla tam təmin olunur. Hətta yerli məhsullar istər keyfiyyət, istərsə də, qiymət baxımından xarici məhsulları sıxışdırır. Digər tərəfdən isə əgər söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, bu məhsullar gömrükdə ciddi yoxlanışdan keçib ölkəyə daxil olur".
Qeyd edək ki, Almaniyada təhlükəli bağırsaq infeksiyasından ölənlərin sayı 24-ə çatıb. İsveçdə bu xəstəliyə yoluxanlardan biri ölüb. Dünən isə Gürcüstanda xaricdən gəlmiş bir qadın infeksiyadan dünyasını dəyişib. Belə ki, Gürcüstanın paytaxtı Tbilisidə bağırsaq infeksiyasından qadın ölüb. İnfeksiyaya yoluxmuş 32 yaşlı qadın Londona səfərdən sonra xəstələnib. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Nata Avaliani qadının "Escherіchіa colі" bağırsaq virusundan öldüyünü bildirib: "Gürcüstanda əvvəllər də, xüsusilə yayda bağırsaq infeksiyası xəstəlikləri qeydə alınmışdı. Biz əhalini gigiyena qaydalarına əməl etməyə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB