İyunun 4-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan dəyəri 0,03 dollar artaraq 117,88 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 0.41 dollar qalxaraq 101.15 dollar olub. Neftin qiymətində bahalaşmaya səbəb OPEK-in neft istehsalını artırmamasıdır. OPEK neft emlaını bu həcmdə saxlamaq qərarındadır. Xatırladaq ki, OPEK-in günlük neft hasilatı 24,845 mln bareldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB