“Qaradağ Sement” ASC-nin illik ümumi yığıncağı keçirilib

“Qaradağ Sement” ASC-nin illik ümumi yığıncağı keçirilib

Bu gün "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının illik ümumi yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, yığıncaq iştirakçıları gündəlikdə olan aşağıdakı məsələləri müzakirə etmışlər və müvafiq qərarlar yekdilliklə qəbul olunub:

1. Səhmdarların İllik Ümumi Yığıncağının Gündəliyinin təsdiqlənməsi;

2. Baş Direktorun Cəmiyyətin 2010-cu ilin İllik fəaliyyətinə dair hesabatının təsdiqlənməsi;

3. 2010-cu il üçün Şirkətin Gəlir və Xərclər və Təftiş Komissiyasının hesabatlarının təsdiqlənməsi;

4. "Qaradağ Sement" ASC-nin Müşahidə Şurası üzvlüyündən Tim Zurun Kamran Abbasov ilə əvəz olunması;

5. Şirkətin Nizamnaməsinə təklif olunan dəyişikliklərin təsdiq edilməsi;

6. 2010 maliyyə ili üzrə mənfəətin bölgüsünə dair qərarın təsdiqlənməsi.

Gündəliyə çıxarılan məsələlər səs çoxluğu ilə təsdiq olundu və qəbul edildi.

"Qaradağ Sement" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq keçirilib.

Qeyd edək ki, Holcim Ltd şirkəti "Qaradağ Sement" ASC-nin nizamnamə fondunun 66%, AİŞ isə 10%,-nə malikdir. Səhmdarlardan digər iki hüquqi şəxs - Avropa Yenidənqurma və İnkişaf Bankı və Holcim Auslandbeteiligungs GmbH - şirkətin ümumi səhmlərin sayına müvafiq olaraq 10% və 3,61% malikdirlər. Səhmdarlar arasında 5-ci hüquqi şəxs hesab olunan "Azər İnvest Kompani" MMC ümumi səhmlərin 0,43% malikdir. Ümumi səhmlərin qalan 10%- i isə fiziki şəxslərə məxsusdur.


Bütün xəbərlər Facebook səhifəmizdə