AB-nin enerji məsələləri üzrə komissarı: \"“Cənub Enerji Dəhlizi” layihəsinin reallaşması üçün səylərimizi artıracağıq”
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2011" XVIII Beynəlxalq sərgi-konfransı çərçivəsində Bakıda səfərdə olan Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Öttingerlə görüşüb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Rövnəq Abdullayev Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin, xüsusən enerji sahəsində əməldaşlığın yüksələn xətlə inkişaf etdiyindən məmnun olduğunu bildirib.
Yeni neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iri neft-qaz istehsalçısına çevrildiyini deyən ARDNŞ prezidenti ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan biri olduğunu da qeyd edib. Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini deyən Rövnəq Abdullayev hasil edilən böyük həcmdə təbii qazın ixrac edilməsi üçün təklif edilən bütün layihələrin, o cümlədən Avropa Birliyinin böyük dəstək verdiyi \"Nabucco\" və TAP layihələrinin də diqqətlə nəzərdən keçirildiyini bildirib.
Bakıya "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2011" XVIII Beynəlxalq sərgi-konfransında iştirak etmək üçün gəldiyini deyən G.Öttinger ildən-ilə genişlənən bu tədbirin ölkənin enerji sektorunun inkişafının bariz sübutu olduğunu bildirib. Avropa Birliyinin Azərbaycana enerji təhlükəsizliyi məsələsi kontekstində etibarlı tərəfdaş kimi yanaşdığını deyən AB-nin enerji məsələləri üzrə komissarı "Cənub Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsində tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB