Bakıda “MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik” mövzusunda seminar keçirilib

Bakıda “MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik” mövzusunda seminar keçirilib

2011-ci il iyunun 7-də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə "MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik" mövzusunda seminar keçirilib.

Seminarda Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Seminarda MHŞT-nin əhəmiyyəti, Azərbaycan və Norveçdətətbiqi, hər iki ölkənin bu sahədə təcrübəsi və əldə etdiyi nailiyyətləri barədə çıxışlar dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə