İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 068,4 milyon manatadək artırılıb. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd olunub.
Hazırda Fondun nizamnamə kapitalı 980,7 milyon manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə