Azərbaycanda 8 ayda 138 milyon manatdan çox güzəştli kredit verilib
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3 507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verib. Bu barədə SİA-ya Fonddan bildirilib.
Məlumata görə, verilmiş kreditlər hesabına 2 808 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə