“Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək“ - EKSPERT RƏY BİLDİRDİ

“Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək“ - EKSPERT RƏY BİLDİRDİ

“Avtomobil bazarımızda ucuzlaşmaya son vaxtlar qəbul edilən qərarlar səbəb olub. Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir". Bu sözləri SİA-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Y.Mustafayevin fikrincə, artıq köhnə avtomobillərin erası bitir: “Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin irihəcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə