Milli Məclisdə komitə iclası - Gündəlikdə 3 məsələ var

Milli Məclisinin Regional məsələlər komitəsinin iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.

1. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

Bütün xəbərlər Facebook səhifəmizdə