Şaxtalı hava kənd təsərrüfatına necə təsir göstərir? - EKSPERT İZAH ETDİ

"Şaxtalı və soyuq havaların uzun müddət davam edəcəyi gözlənilmir. Şaxtalı hava hələlik yalnız dağlıq zonalarda müşahidə olunur. Digər zonalarda isə soyuq hava şəraiti hökm sürür. Belə havalar adətən əkin-biçinin bir qədər gecikməsinə səbəb ola bilər. Bir müddət əvvəl isti keçən havalarda oyanmış meyvə-tərəvəzin məhsuldarlığı azala bilər. Lakin hələlik bu barədə ciddi proqnoz vermək olmaz". Bu sözləri SİA-ya aqrar məsələlər üzrə ekspert Altay İsmayılov deyib.

"Məsələn, bütün regionlarımıza qar yağsaydı və kəskin şaxta olsaydı, bu barədə narahat olmaq olardı. Həmçinin, şaxtalı hava şəraiti apreldə müşahidə olunsaydı, məhsuldarlığa daha çox mənfi təsir göstərərdi. İndi yağan qarın kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb olacağını düşünmürəm”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə