Qızıl və gümüş satışından əldə edilən gəlir AÇIQLANDI

Qızıl və gümüş satışından əldə edilən gəlir AÇIQLANDI

“2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir 1.19 milyard manat olub”. SİA xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat konfransında söyləyib.

O bildirib ki, hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib: “2022-ci illə müqayisədə ümumi satış gəlirlərindən 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatı ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2023-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə