Erciyes xizək mərkəzi “The Independent” qəzetində yer alıb

Erciyes xizək mərkəzi “The Independent” qəzetində yer alıb

Türkiyənin ən əhəmiyyətli xizək kurortlarından biri olan Erciyes xizək mərkəzi İngiltərədə dərc olunan “The Independent” qəzetində yer alıb.

SİA xəbər verir ki, Kayseri vilayəti Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Kayserinin simvolu və Türkiyənin incisi olaraq xarakterizə edilən qış turizm mərkəzi olan Erciyes xizək kurortu bütün dünyanın diqqət mərkəzindədir.

Kayseri Böyükşəhər Bələdiyyəsinin Erciyes Master Planı ilə Türkiyənin əhəmiyyətli xizək kurortlarından birinə çevrilən Erciyes dağ-xizək kurortu dünyanın hər yerindən qonaqlarını qəbul edir.

Kayseriyə gələn və Erciyesdə istirahət edən ingilis jurnalistlərindən Tristan Kennedi tətilinin sonunda Erciyes xizək mərkəzini sərfəli xizək məkanı elan edib.

İngiltərənin "The Independent" qəzetindəki məqaləsində Erciyes xizək mərkəzindən ətraflı bəhs edən Kennedi Erciyesin dünyanın digər xizək mərkəzləri ilə müqayisədə keyfiyyətli və sərfəli xizək turizmi fürsəti təqdim etdiyini də ifadə edib.

Erciyesdə yerləşmə imkanları, yemək və içki qiymətləri, az izdiham və sıxlıq, qış aylarında təzə, yumşaq qar haqqında məlumat verən Kennedi kanat yol qiymətlərinin inanılmaz dərəcədə münasib olmasından məmnun olduğunu da yazıb.

Kennedi məqaləsində “Zirvəsinin altındakı təpəsi miz, yarı açıq krateri olan 3,917 metr hündürlüyündə sönmüş vulkan inanılmaz təbii ərazini Avstriya Alp dağları ilə müqayisə edilə bilən ən müasir infrastrukturla birləşdirir” ifadələrindən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə