"Azərbaycanda yol təsərrüfatı inkişaf etmiş Avropa ölkələrindən də irəlidədir" - AYDINLIQ GƏTİRİLDİ
"Prezident İlham Əliyev tərəfindən Qubadakı yolun təmirinə 1,2 milyon vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanmışdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, ekspert Asif İbrahimov deyib.

O, sözlərinə görə, dövlət başçısı infrastrukturun regionlarda vəziyyətinə diqqət yetirir: "Yol həm mədəniyyət, həm də iqtisadiyyatdır. Bu magistral yollardan əhali istifadə edir, eyni zamanda iqtisadi məqsədlər üçün də məhsulların daşınması həyata keçirilir. Ölkə rəhbərliyinin nəzərindədir ki, Azərbaycanda yollar beynəlxalq standartlara uyğun səviyyədə olsun. Səfər etdiyimiz ölkələrdə, reytinqlərdə də görürük ki, Azərbaycanda yol təsərrüfatı inkişaf etmiş Avropa ölkələrindən də irəlidədir".
Ekspert bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Yalama sərhədinə qədər 129 km ödənişli yol salındı. İnsanların, yüklərin daşınması üçün daha sürətli alternativ yol ərsəyə gətirildi: "Köhnə yolda isə müxtəlif illərdə - 2007-2008-ci illərdə əsaslı təmir işləri getmişdi. Demək olar ki, o yolda hər iki ildən bir təmir işləri aparılır. Bu da həmin ərazinin coğrafi quruluşuna görədir. Yol çaylar, qurunt sularının olduğu ərazilərdən keçir. Yük maşınları da oradan hərəkət edirdi. Yol tez sıradan çıxırdı. Bu baxımdan həmin ərazidə bir neçə nöqtədə yolların sıradan çıxması baş vermişdi və dərhal təmiri həyata keçirilmişdi. Sonuncu sərəncamla 1,2 milyon manat vəsait ayırmaqla həmin zərər görmüş hissələrdə əsaslı təmir işlərinin həyata keçirilməsi qarşıya məqsəd qoyuldu. Həmin dövlət proqramı çərçivəsində qarşıda duran tədbirlər planında Bakı şəhərinin daha çox istifadə olunan, beynəlxalq tədbirlərin keçiriləcəyi, qonaqların qarşılandığı küçələrdə yol infrastrukturunun da təmirinə zərurət yaranmışdı. Səbail rayonunda da müəyyən yolların təmirinə vəsait ayrıldı. Bu, fövqəladə hadisə ilə bağlı deyildi. Yol infrastrukturunun beynəlxalq standartlara uyğun olmasını dövlət nəzarətdə saxlayır. Bu da eyni səbəbdən atılan addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB