“Enerji iqtisadiyyat üçün qan rolunu oynayır” - DEPUTAT DANIŞDI

“Enerji iqtisadiyyat üçün qan rolunu oynayır” - DEPUTAT DANIŞDI

“Enerji iqtisadiyyat üçün qan rolunu oynayır. Çünki enerji olmadana iqtisadiyyat inkişaf edə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, xüsusilə də son dövrlərdə yaşıl enerjiyə xüsusilə diqqət yetirilir: “Bu il yaşıl enerji ilə bağlı ölkəmizdə iki nəhəng zona açıldı. Hər iki müəssisə xarici investorların səyi ilə fəaliyyətə başladı. Bu istiqamətdəki proqramı davam etdiririk.
Bu sahədəki ən böyük uğur isə COP29-un gələn il Azərbaycanda keçirilməsidir. Bu o deməkdir ki, 100-dən artıq ölkə lideri bu tədbir çərçivəsində ölkəmizə gələcək. Bu tədbir hətta BMT-dən sonra beynəlxalq əhəmiyyətinə görə ikinci belə böyük tədbir hesab olunur. Azərbaycan da bu tədbirə öz töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə