Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Avtomobil sənayesi keçən ay ixracını 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz artıraraq, Türkiyənin ümumi ixracında 13,5 faiz paya sahib olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) məlumatlarına görə, Türkiyə avtomobil sənayesinin oktyabr ayı ixracatı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artaraq 3 milyard 87 milyon dollara çatıb. Sənayenin Türkiyənin ümumi ixracında payı isə 13,5 faiz olaraq qeyd edildi.

Ötən ilin oktyabr ayı ilə müqayisədə Almaniyaya ixracda 7 faiz artım olub. Əhəmiyyətli bazarlar arasında Rusiya Federasiyasına 10, Fransaya 17, ABŞ-a 24, Rumıniyaya 70, İngiltərəyə faiz 31 ixrac artımı diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə