"Mütərəqqi genişmiqyaslı islahatlar uğurla həyata keçirilir" - Ramin Qaraqurbanlı

"Mütərəqqi genişmiqyaslı islahatlar uğurla həyata keçirilir" - Ramin Qaraqurbanlı

"Bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasının iqtisadi sektorunda da ölkə başçısı tərəfindən mütərəqqi genişmiqyaslı islahatlar uğurla həyata keçirilir. Ötən müddət ərzində dünya bankı tərəfindən yeni mexanizmlər tətbiq olunmağa başlanıb". SİA xəbər verir ki, bu sözləri Bakı Apellyasiya Məhkəməsinin hakimi, "Biznesin Müflisləşməsi" İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2002-ci ildən "Biznesə hazır" adlı beynəlxalq hesabat istifadəyə verilib: "Həmin hesabatın əsas komponentlərindən biri biznesin müflisləşməsi sahəsini əhatə edir. Ölkədə iqtisadi sahənin inkişaf etdirilməsi, biznes üçün əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyası yaradılıb. Bu komissiyanın nəzdində "Biznesin müflisləşməsi" İşçi qrupu fəaliyyətə başlayıb. Bugünkü iclasda ölkədə biznes mühitinin daha əlverişli edilməsi üçün işçi qrupu tərəfindən görülən bir çox işlərin müzakirəsi aparılacaq və Almaniyadan Dünya Bankı tərəfindən dəvət olunmuş ekspert təqdim olunacaq. Qeyd edim ki, 2022-2023-cü illəri əhatə edən yol xəritəsi üzrə işlərin müzakirəsi aparılıb və müflisləşmə sahəsində ixtisaslaşan bir qrup hakimlərin sayı müəyyən edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə