“Dünyada həllini tapa bilməyən taxıl böhranı hökm sürür” - DEPUTAT DANIŞDI

“Dünyada həllini tapa bilməyən taxıl böhranı hökm sürür” - DEPUTAT DANIŞDI

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi bütün dünya iqtisadiyyatına çox ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, təbii ki, bu təsir Azərbaycandan da yan keçməyəcək:

“Azərbaycan vəziyyətdən ən az zərərlə çıxmaq üçün lazımi addımları atır. Lakin hazırda dünyada həllini tapa bilməyən taxıl böhranı hökm sürür. Hətta bu müəyyən ölkələrdə ərzaq qıtlığına qədər gətirib, çıxarır. Buna görə də bu istiqamətdə problemlər daha da qəlizləşməmiş müvafiq beynəlxalq təşkilatlar hərəkətə keçməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə