"Sığorta bazarının durumu 15-20 il öncəki vəziyyətlə eyni deyil" - Zahid Oruc

"Sığorta bazarının durumu 15-20 il öncəki vəziyyətlə eyni deyil" - Zahid Oruc

"SSRİ-nin dağılmasından sonra keçid dövründə bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da sığorta sektorunun inkişafına risklərin yüksək olması, inhisarçılıq, təmərküzləşmə, sığorta biliklərinin aşağılığı, kapitallaşma və s. əsas maneələrdir. Doğrudur, sığorta bazarının mövcud durumu 15-20 il öncəki vəziyyətlə eyni deyil". SİA xəbər verir ki, bu sözləri "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı elmi-praktik konfransda STM İdarə Heyətinin sədri Zahid Oruc deyib.

"Ötən illər ərzində müəyyən müsbət dinamika, uğurlu nəticələr əldə edilib. Lakin 2019-cu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyərkən Prezident İlham Əliyev sığorta məsələsini və bu sahədəki boşluqları növbəti dəfə gündəmə gətirdi"-, deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə