"Dağ-mədən sahəsinə investisiya qoyuluşu məqsədlərimizdən biridir” - Orxan Məmmədov

Azərbaycanda dağ-mədən sahəsinə investisiya qoyuluşu və yeni texnologiyaların tətbiqinin təşviqi məqsədlərimizdən biridir. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər" mövzusunda keçirilən biznes forumda bildirib.

"KOBİA olaraq dövlət-biznes dialoqu platformasında təşkil olunmuş bugünkü forumdan gözləntilərimiz çoxdur. Bu tədbirin keçirilməsində məqsəd yalnız dağ-mədən sahəsindəki problemlərin həlli və biznes mühitinin sağlamlaşdırılması deyil, eyni zamanda, tədbir çərçivəsində xammal ehtiyatlarımızın potensialı, müvafiq sahədə yeniliklər və müraciət prosedurları barədə məlumatlılığın təmin edilməsidir. İnvestisiya qoyuluşu və yeni texnologiyaların tətbiqinin təşviqi də bugünkü məqsədlərdən biridir. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı ilə bu sektorun inkişafına töhfə vermək istəyirik", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə