Əhaliyə göstərilən nəqliyyat xidməti 31,3 faiz artıb

Əhaliyə göstərilən nəqliyyat xidməti 31,3 faiz artıb

Saatlıda 2022-сi il ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən xidmətlərin həcmi 3 milyon 513,2 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 836,7 min manat və ya 31,3 faiz çoxdur. Rayon statistika idarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, nəqliyyat xidmətlərinin 3 milyon 166,5 min manatı fiziki şəxslərin, 346,7 min manatı isə hüquqi şəxslərin payına düşüb. 2022-ci il ərzində fiziki şəxslər tərəfindən 494,0 min ton yük, 5 milyon 881,0 min sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 54,0 min ton və ya 12,3 faiz çox yük, 1 milyon 143,0 min və ya 24,1 faiz çox sərnişin daşınması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə