Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrənin Bern şəhəri yaxınlığındakı Grauholz-Züd yanacaqdoldurma məntəqəsində bu ilin may ayından etibarən yaşıl hidrogenin satışı həyata keçiriləcək.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov öz "Twitter" səhifəsində deyib.
Səfir bunun hidrogenin diffuziyası üzrə İsveçrənin Federal Energetika İdarəsinin "Qızıl Vatt- Watt d'Or" mükafatına layiq görülmüş "SOCAR Energy" innovasiya layihəsinin reallaşdırılması sayəsində mümkün olacağını qeyd edib.
Qeyd edək ki, SOCAR qonşu ölkələrdə və Avropada özünün qaz doldurma stansiyaları şəbəkəsini genişləndirməklə məşğuldur.
Cədvəldə SOCAR-ın avtomobil yanacaqdoldurma stansiyaları (AYS) şəbəkəsinə dair məlumatlar əks olunub.
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB