"Sərəncam inflyasiyanın vurduğu zərərləri konpensasiya edəcək" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
"Bildiyimiz kimi, cənab Prezident tərəfindən ötən günlərdə 16-ya yaxın sərəncam imzalanmışdır. Bu, təqaüd, sosial müavinət, əməkhaqqı və digər ünvanlı sosial yardımların artırılması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu il cari ilin büdcə xərclərinin 45 faizdən və 15 milyard manatdan yuxarı vəsaiti sosialyönümlüdür: "Hazırda cənab Prezident tərəfindən imzalanan sərəncam 1 milyon 900 minə yaxın insanı əhatə edəcək. Bu artım üçün illik büdcədən 750 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu sərəncamda 60 minə yaxın sosial müavinət alan insanların vəsaitlərinin artırılması nəzərdə tutulub. Həmçinin, bəzi vəsaitlərdə 66, 7 faiz artım nəzərdə tutulub. Bu, ilk dəfə uşağı olanlar və ölümlə bağlı birdəfəlik müavinətlərə şamil olunub".
Eyyub Kərimli sözlərinə belə davam edib: "Həmçinin, minimum əməkhaqqının 300 AZN-dan 345 AZN-na qaldırılması və minimum pensiyanın 240 AZN-dan 280 AZN-nə arıtırılması nəzərdə tutulur. Sözsüz ki, bu sərəncam insanların rifahının yüksəlməsinə, əhalinin sosial həssas təbəqəsinin gəlirlərinin artmasına töhfə olacaq.
Bu sərəncam əsasında Nazirlər Kabinetinin qərarına əsasən vahid tarif cədvəli ilə əməkhaqqı alan insanlara şamil olunur. Onların da 19 bölümdən ibarət vahid tarif cədvəlində məvacib alanların da maaşı 15 faiz artım təşkil edəcək.
Bilirsiniz ki, ötən il bizdə böyük inflyasiya baş verdi. Bu da insanların rifahına mənfi təsir göstərdi. Bu sərəncam inflyasiyanın vurduğu zərərləri konpensasiya edəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB