"Struktur dəyişiklikləri Naxçıvanın iqtisadiyyatına pozitiv təsir göstərəcək" - DEPUTAT DANIŞDI

“Bütövlükdə son dəyişikliklər Naxçıvan iqtisadiyyatı üçün də müsbət imkanlar yaradır. Çünki bu həm də idarəetmənin çevikliyini artıracaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu həm də qərarların verilməsi prosesini də asanlaşdıracaq: “Nəzərə alınmalıdır ki, bu proses praktik olaraq Azərbaycanın digər ərazilərindəki mövcud iqtisadi sistemə uyğun şəkildə qərarların verilməsinə də imkan yaradacaq. Bu baxımdan təbii ki, Naxçıvanda aparılan struktur dəyişiklikləri buranın iqtisadiyyatına pozitiv təsir göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə