“Qoğalın sərgüzəştləri” - FOTOSESSİYA

“Qoğalın sərgüzəştləri” - FOTOSESSİYA

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Sarayda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən xeyriyyə konserti keçirilib.

SİA-nın xəbərinə görə, konsert proqramında "Çiçəyim" uşaq teatrının iştirakı ilə "Qoğalın sərgüzəştləri" adlı musiqili – tamaşa nümayiş olunub.

Xeyriyyə konsertinə Saray tərəfindən "Beynəlxalq Əlillər Dünyası İctimai birliyi", "Himayə" uşaq ictimai birliyi, "Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi", "UAFA" təşkilatı, "Dirçəliş" gənclərin sosial-psixioloji reabilitasiya mərkəzi və Maştağa qəsəbəsində yerləşən 1 saylı internat evindən olan kimsəsiz, əlil, fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş uşaqlar dəvət olunub.

Tədbir uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə