“Geniş ürəklər” - FOTOSESSİYA

1 İyun Uşaqların Beynəlxalq müdafiə günü münasibəti ilə "Geniş ürəklər" adlı xeyriyyə aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiya ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Belə ki, Park Bulvarda uşaqlar üçün nəzərdə tutulan əyləncələrdən, keçirilən auksionlardan əldə olunan gəlir ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq.

Aksiya "Ürəyimizi geniş açaq, balaca balalar sağlam həyata qovuşsunlar!!!" devizi ilə həyata keçirilib.

Aksiyanı 1 saylı uşaq evi öz rəqsi ilə, "Can bala"qrupu isə öz ifaları ilə daha da rəngarəng ediblər.

"Geniş ürəklər" aksiyası 4 iyun tarixinə kimi davam edəcək.

\"\"

\"\"

\"\"\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə