“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Sehirli nağıllar aləmi” adlı tədbir keçirilib

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Sehirli nağıllar aləmi” adlı tədbir keçirilib

Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar "Sehirli nağıllar aləmi" adı altında tədbir keçirilib.

SİA-nın məlumatına görə, muzeydə keçirilən "Sehirli nağıllar aləmi" tədbirdə 8 saylı orta məktəb şagirdləri və 25, 130 saylı uşaq bağçasında tərbiyə alan uşaqlar iştirak ediblər. Tədbirin maraqlı və rəngarəng olması üçün 8 saylı orta məktəbin şagirdləri muzey əməkdaşlarının köməkliyi ilə hazırladıqları ekskursiya mətni əsasında tamaşaçılara xalçalarımız haqqında məlumat veriblər. Həmçinin muzeyiт uşaq teatrının balaca aktyorlarının ifasında "Qırmızı papaq" nağılından parçalar göstərilib.

Uşaqlar vaxtın maraqlı keçməsi üçün milli oyunlarımızdan olan "İpdartma" oyununda iştirak edib, güclərini sınayıblar.

İstedadlı balacalar muzey tərəfindən hazırlanan "Özün rənglə" nümunələri əsasında xalça elementlərini rəngləyib, kompyuterdə "Öz xalçanı yarat" proqramında istədikləri xalçanın eskizlərini yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə