Sadıq Zərbəliyevin 60 illik yubileyi keçiriləcək

Sadıq Zərbəliyevin 60 illik yubileyi keçiriləcək

İyunun 1-də Beynəlxalq Muğam Mərkəzində tanınmış nağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyevin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətidən bildiriblər. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə sənətkarın sənət dostları, tanınmış musiqiçilər çıxış edəcəklər. Beynəlxalq Muğam Mərkəzinin foyesində isə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış, sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə