“Onun ürəyi” bədii-musiqili filminin yaradıcı heyəti uşaqlarla görüşəcək
İyunun 1-də
Uşaqların Beynəlxalq Müdafiəsi günündə yeni Azərbaycan filmi uşaqlara təqdim
ediləcək.
Teatr Xadimləri İttifaqının tamaşa zalında "Onun
ürəyi" bədii-musiqili filminin yaradıcı heyəti uşaqlarla görüşəcək. Mədəniyyət
və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbir təkcə filmin
nümayişi ilə məhdudlaşmayacaq, təşkilatçılar uşaqlar üçün bir neçə sürpriz
hazırlayıb.
Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib. Filmin bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyevdir. Kompüter qrafikasından bolluca istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB