Eldar Qasımov və Nigar Camal üçün Moskvada mərasim keçiriləcək

Eldar Qasımov və Nigar Camal üçün Moskvada mərasim keçiriləcək

Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə qazandıran Eldar Qasımov və Nigar Camalın şərəfinə xüsusi mərasim keçirəcək.

SİA-nın müğənninin internet saytına istinadən yaydığı xəbərə görə, mərasim iyunun 2-də Moskvada fəaliyyət göstərən "Zaffarano" restoranında baş tutacaq.

Qaliblər Moskvada ilk dəfə olaraq "Running Scared" mahnısını ifa edəcəklər. Eldar Qasımov və Nigar Camal Moskvaya gedəcək. Mərasimdə Emin Ağalarovun da iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə