Ceyms Bond haqqında yeni roman satışa çıxarılıb - FOTO

Ceyms Bond haqqında yeni roman satışa çıxarılıb - FOTO

Böyük Britaniyada Ceyms Bond haqqında yazılan"Kart-Blanş" adlı yeni kitab satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kitabın rəsmi təqdimetmə mərasimi Londonun Sent-Pankras vağzalında keçirilib.

Mərasimdə kitabın müəllifi Amerika yazıçısı Cefri Diver iştirak edib. O, mərasimə Ceyms Bondun sevdiyi "Bentli" markalı avtomobildə və "Bondun xanımları" nın müşayiəti ilə gəlib. Kitabın təqdimetmə mərasimi qeyri-adi şəkildə təşkil olunub. Kitabı Böyük Britaniya dəniz piyadaları vağzalın damından özlərinə məxsus şəkildə enərək təqdim ediblər.

Bu cür təqdimetmə onunla bağlıdır ki, Diverin kitabında "Bond Mİ-6"-ya gəlməzdən əvvəl hərbi-dəniz donanmasında qulluq etdiyi, həm də Əfqanıstanda döyüşdüyü qeyd olunur. Kitabın süjetində "Agent 007" tullantıların təkrar emalı zavodunun sahibkarı Severan Hidtlə mübarizə aparır. Romanda baş verən hadisələr Dubay, London, Serbiya və Keyptaunda cərəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə