Azərbaycan Belarusda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Belarusda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan iyunun 30-dan iyulun 3-dək Belarusun Bobruysk şəhərində keçiriləcək "Dostluq çələngi" xalq sənəti beynəlxalq festivalında iştirak edəcək.

SİA-nın məlumatına görə, 2003-cü ildən keçirilən festivalın məqsədi beynəlxalq mədəni əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək, xalq yaradıcılığını və ənənələri təbliğ etməkdir. Ötən il "Dostluq çələngi" 11 ölkədən 24 yaradıcı kollektivi bir araya toplayıb. Bu il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda "Gənc aşıqlar" təmsil edəcəklər.

Azərbaycan kollektivi milli suvenir sərgi-təqdimatında, Bobruyskda və Mogilyov vilayətinin digər regionlarında təşkil olunacaq konsert və yaradıcılıq görüşlərində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə