“İz... Qala” filmi mükafata layiq görülüb

“İz... Qala” filmi mükafata layiq görülüb

"Salnamə" studiyasında çəkilən "İz... Qala" sənədli filmi Ukraynada keçirilən "Xarkov yasəməni" beynəlxalq qısametrajlı filmlər festivalında iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, film festivalda "Jurnalistlərin rəğbəti" prizinə layiq görülüb. Yaxın zamanlarda "İz... Qala" Başqırdıstanda keçiriləcək "İnsan və torpaq" beynəlxalq festivalında da Azərbaycanı təmsil edəcək.

"Salnamə" studiyasında 2010-cu ildə istehsal olunan 27 dəqiqəli "İz... Qala" sənədli filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyevdir. Film Bakı ətrafı kəndlərdən biri Qalada qorunub saxlanmış və kəndin qədim tarixini əks etdirən zəngin etnoqrafik material əsasında və Heydər Əliyev Fondunun ciddi səyi nəticəsində burada yaradılmış qoruq haqqında bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə