Akademik Milli Dram Teatrının kollektivi Gürcüstanda qastrol səfərindədir
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının kollektivinin Gürcüstana qastrol səfəri başlayıb. Teatrın
mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollektiv səfər
çərçivəsində Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrının səhnəsində
iki tamaşası ilə çıxış edəcək. Tamaşaların nümayişi bu gün və sabah baş tutacaq. Gürcüstan
teatrının səhnəsində "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Xəcalət"
tamaşalarını nümayiş etdirəcək.
Daha sonra birgə tamaşaların hazırlanması, həmçinin Levan
Tsuladzenin Akademik Milli Dram Teatrında, xalq artisti Azər Paşa Nemətin
K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında tamaşa hazırlaması
planlaşdırılır.
Qeyd edək ki,
K.Marcanişvili adına Gürcüstan Akademik Dram Teatrın mayın 19 və 21-də
"Azdrama"nın səhnəsində "Moruq" və "Piqmalion" tamaşalarını Bakı tamaşaçılarına
təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB