Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi, Xocalı şəhər 2 nömrəli uşaq Musiqi və Ağcabədi şəhər uşaq İncəsənət məktəbləri şagirdlərinin konserti keçirilib
Bu gün "Kapelhaus" Alman- Azərbaycan Mədəniyyəti Birliyində Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi, Xocalı şəhər 2 nömrəli uşaq Musiqi və Ağcabədi şəhər uşaq İncəsənət məktəbləri şagirdlərinin konserti keçirilib. SİA-nın məlumatına görə, G. Şaroyev musiqi məktəbinin direktoru Yusif Vəliyev çıxışında bildirib ki, bugünkü konsert 28 may respublika gününə həsr olunub: "Bu kimi konsertləri keçirməkdə məqsədimiz odur ki, gənc nəslin musiqiyə olan marağını daha da artıraq".
Konsert ilk olaraq Ağcabədi şəhər uşaq İncəsənət məktəbləri şagirdlərinin ifasında "Məzəli rəqs" nömrəsi nümayiş olunub. Daha sonra isə Georgi Şaroyev adına 35 nömrəli məktəbin şagirdlərinin ifasında Cahangir Cahangirovun "Qəzəl"i tarda və pianinoda səsləndirilib.
Çıxışın ardınca isə hər 3 musiqi məktəblərinin hazırladıqları ifalar və rəqs nömrəli konsert iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB