“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Eldar Qasımov və Nigar Camalla görüş keçirilib - FOTOSESSİYA

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Eldar Qasımov və Nigar Camalla görüş keçirilib - FOTOSESSİYA

Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camalla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, İctimai Teleradionun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov iştirak edib.

\"\"

\"\"

\"\"


Görüşdə Hikmət Babaoğlu ilk olaraq təmsilçilərimizi Azərbaycana birincilik sevincini yaşatdığı üçün təşəkkürünü bildirib: "Bu qələbə ilə Azərbaycan musiqisinin və mədəniyyətinin daha da inkişaf etdiyini bir daha Avropa sübut etdiniz. Bu yüksək nailiyyətinizlə Azərbaycan xalqının istedadlı bir xalq olduğunu nümayiş etdirmiş oldunuz".

\"\"

\"\"

Daha sonra Bəhruz Quliyev təbriklərə qoşularaq vurğulayıb ki, bu qələbə ilə gənc nəslə bir örnək oldunuz: "Azərbaycanı bütün Avropada tanıdığınız üçün ən yaxşı sözlərə layiqsiniz. Bu qələbə tək Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının uğuru və sevincidir. Ulu öndər Heydər Əliyevin tezisini rəhbər tutaraq "Bir millət, iki dövlət" prinsipinə sadiq qalıb Nigarın Türkiyə bayrağı ilə səhnəyə çıxması xüsusi əhəmiyyət kəsb edir\".

Görüşdən sonra təmsilçilərimiz jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Belə ki, gələcəkdə bir çox layihələrin olacağını vurğulayan təmsilçilərimiz: "İş rejimimiz çox gərgindir. Promo-tur çərçivəsində Azərbaycanın bir çox yerlərini gəzəcəyik\".

\"Biz jurnalistlərin seçimində hər zaman birinci yeri tuturduq. Birinci gündən inanırdıq ki, qələbə qazanacağıq. İlk xalı Rusiyadan aldıqdan sonra bunun davamını təbii ki, digər dövlətlərdən də gözləyirdik\", - deyən Eldar Qasımov bildirib ki, final günü hər iki iştirakçı çox həyəcanlı olublar. Hər ölkə öz ballarını bizə verəndə çox sevinirdik ki, yüksək göstərici bizim ölkədədir. Yüksək balların ancaq Azərbaycana verilməsini istəyirdik. Bir çox ölkələrdə ən yüksək ballarını məhz Azərbaycana verirdilər".

Müsahibə öncəsi \"Musiqi təhsiliniz varmı\" sualına Nigar Camal bildirib ki, uşaqlıqdan bu sahəyə maraq göstərir: "3 saylı musiqi məktəbində fortopiano bölməsində təhsil almışam".

Eldar Qasımov isə 2 saylı musiqi məktəbində oxuduğunu vurğulayıb: "Ancaq peşəkar musiqi ilə məşğul olmamışam. Milli seçimlərə qatıldıqdan sonra isə çalışdığım qədər bu sahəyə professional şəkildə yanaşmışam".

Bəstəkar İsa Məlikovla məktəb vaxtlarından tanış olduğunu bildirən N.Camal: "Müsabiqəyə qatılmağımda məhz onun ideyası idi. O, mənə milli seçimlərdə iştirak etməyimi təklif etdi və mən də qəbul etdim", - deyib.

Təmsilçilərimiz onu da qeyd ediblər ki, gələnilki \"Eurovision\" mahnı müsabiqəsində iştirakçı qismində çıxış edə bilməyəcəklər, çünki buna vaxtları yoxdur: "Ancaq buna baxmayaraq, ən azından gələn il Azərbaycanda baş tutacaq mahnı müsabiqəsinin açılışını məhz biz edəcəyik".

Qələbədən sonra bir çox Avropa ölkələrində çox yaxşı tanındıqlarını deyən təmsilçilərimiz: "Hər dəfə Almaniyanın küçələrində gəzəndə bizə baxıb ""Ell və Nikki" deyə çağırırdılar. Azərbaycanı xarici ölkələrdə tanıtdırmaq bizim üçün böyük şərəfdir",- deyə əlavə ediblər.

Eldar Qasımov qələbəsinin bir qismini də onun Azərbaycanın tanınmış simalarından olan nənə və babasından ona irsən keçməsi ilə də bağlayıb. Nigar Camal da onu bildirib ki, Sarabski ilə bizim ailənin qohumluq əlaqələri var və yəqin ki, mənim də uğurum bundan irəli gəlib: "Sarabski mənim nənəmin əmisi oğlu olub".

Təhsilinin sənətinə çox yaxşı təsir etdiyini deyən Eldar Qasımov: "Beynəlxalq münasibətlərdə oxuduğum üçün digər dövlətin insanları ilə yaxşı münasibət qura bilirəm. Diplomat və müğənni olmaq özü-özlüyündə çox çətin peşədir", deyib.

Nigar Camal böyük qızının da müğənni olmaq iddiasında olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, kiçik qızım da model olmaq arzusundadır: "Hazırda qızlarım Azərbaycanda mənimlə qalırlar. Düşünürəm ki, həm burada, həm də Londonda yaşayım".

Görüşün sonunda "Yeni Azərbaycan" qəzetinin baş redaktorunun müəllifi olduğu "Sarı gəlin" mahnısının tarixinin də yer aldığı kitabı təmsilçilərimizə təqdim olunub. Bununla yanaşı, Nigar Camala kitabla bərabər gül dəstəsi hədiyyə edilib.

Son olaraq isə təmsilçilərimizlə xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə