İtaliyalı dirijor əməkdar artist Fidan Hacıyevaya iş birliyi təklif edib
Məşhur italiyalı dirijor Canluka Martsiano Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyevaya iş birliyi təklif edib. SİA-nın məlumatına görə, italiyalı dirijor Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Aida" operasında Misir şahının qızı Amneris rolunda çıxış edən Fidan Hacıyevanın çıxışından sonra bu qərarı verib.
Həmin axşam Azərbaycan vokalçısının nümayiş etdirdiyi belkanto - italyan opera müğənnilərinə xas olan gözəl oxu tərzinə valeh olduğunu gizlətməyən italiyalı maestro Fidan Hacıyevanın tələffüzünün əsl italyan şivəsi təsiri bağışladığını da qeyd edib. Tamaşadan dərhal sonra Canluka Martsiano Fidan Hacıyevaya iki yeni rol – Donisettinin "Favoritka" operasında Leonora və Motsartın "Hamı belə edir" operasında Dorabella rolunu hazırlamağı təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB