“Eurovision-2011”in qalibləri gələn həftə Ukraynada mətbuat konfransı keçirəcəklər
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camal gələn həftə Ukraynaya səfər edəcəklər. SİA-nın qaliblərin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycandan olan cütlük bir neçə dəfə Ukrayna mətbuatında da görünəcək. Mayın 31-də onların mətbuat konfransı keçirəcəyi gözlənilir.
Onu da bildirək ki, Azərbaycan hər il "Eurovision" müsabiqəsində iştirakında Ukraynanın "EuroMedia" şirkəti ilə əməkdaşlıq edir. Qaliblər bu səfər zamanı əməkdaşlıq etdikləri şirkətə də baş çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB