“Vəkil hanı?” - FOTOSESSİYA

Bu gün "Azərbaycan" kinoteatrında rejissor Ülviyyə Könülün "Vəkil hanı?" bədii filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən filmin rejissoru Ülviyyə Könül vurğulayıb ki, bu iş mənim üçün böyük kinoda ilk debütümdür: "Filmin çəkilişlərində ən maraqlı məqamlardan biri o idi ki, baş rolun ifaçısını tapa bilmirdik. Baş rol üçün 18 aktyoru sınaqdan keçirmişdik. Filmdə baş rolun ifaçısı əsərin ortasından qadın rolunu canlandırmalı idi, ancaq bunun milli mentalitetə uyğun gəlmədiyini düşünərək bir çoxları bu təklifdən imtina etdilər. Ancaq Bəhruz Vaqifoğlu ilk dəfə ssenarini əlinə aldıqda dedi ki, mən aktyoram və hər rolun öhtəsindən gələcəm. "

Filmin müəllifləri yumorla dolu filmlərini klassik komediya janrının qaydalarına uyğun çəkiblər. Cavan vəkil həmkarının xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir, aləm dəyir biri birinə...

Bu çətin rolu qəbul etdikdə nə düşünürdün sualına B.Vaqifoğlu belə cavab verdi: "Mənə bu rol təklif olunanda elə anındaca qəbul elədim. Ülviyyə Könül və Sənubər İskəndərli o dəqiqə bir- birilərinə baxıbşükür dedilər. Onlar bu işin mənim üçün problem yaratmayacağını soruşanda isə mən aktyoram və bu rolu ifa etmək mənim üçün maraqlıdır. Ancaq onu da qeyd edim ki, rolu oynamağı qəbul edən ilk aktyorlardan olsamda məni məşqlərə çağırmadılar".

Qadın rolunu ifa edəndə kənardan gülüş hədəfinə tuş gələcəyimi düşünsəmdə heçdə elə olmadı deyən aktyor: "Hər halda gözləyirdim ki, biraz gülüş hədəfinə tuş gəlim, ancaq o qədərdə yox, çünki həmkarlarım olan Rafael və Coşqun bizim milləti pisixoloji olaraq kişinin qadın rolunda oynamağına hazırlıyıb",- deyə əlavə edib.

Bəhruz Vaqifoğlu onu da bildirib ki, filmin çəkilişləri 2009-cu ilin avqust ayında başlayıb və noyabrın 12- də bitib: "Hələ premyera üçün filmin nüsxəsini gecə İrandan getiriblər.

Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı isə Rəşad Haşımovdur.

Rollarda: Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, əməkdar artist Naina İbrahimova və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə