Yaradıcılıq Studiyası “Buratino”nu nümayiş etdirəcək

Yaradıcılıq Studiyası “Buratino”nu nümayiş etdirəcək

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyası yeni tamaşasını Uşaqları Beynəlxalq Müdafiə günündə gənc tamaşaçılarına təqdim edəcək. SİA-nın xəbərinə görə, studiyanın üzvləri ilk dəfə olaraq məşhur "Buratino" (Aleksey Tolstoy, Aleksey Rıbnikov) tamaşasını Azərbaycan dilində nümayiş etdirəcəklər.

Əsəri azərbaycan dilinə Nicat Kazımov tərcümə edib. Tamaşada əsas rollarda studiyanın balaca aktyorları Kənan Eyvazov, Fidan Axundova, Cavid Babayev, Qulam Rza Rəngamiz, Zaur Səmədov, Cəvahir Hüseynova, Seyran Dadaşov, Ədilə Cəfərova, Rüstəm Haciyev səhnəyə çıxacaqlar. Bu, onların debüt tamaşaları olacaq.

Uşaqlarla yanaşı, teatrın gənc aktyorları Fərid Rzayev, Xəyalə Fərəcova da onlarla eyni səhnəni bölüşəcəklər. Tamaşanın quruluşçu rejissorları Mehman Cəfərov və Elməddin Dadaşovdur. İlk tamaşaya şəhərdəki uşaq evlərində tərbiyə alan balacaların da dəvət edilməsi nəzərdə tutulur.

Tədbir iyun ayının 1-də saat 12:00-da teatrın müvəqqəti olaraq yerləşdiyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiciliyi İdarəsinin Mədəniyyət evində keçiriləcək.

"Buratino" tamaşası Yaradıcılıq Studiyası üzvlərinin uşaqların bayram gününə böyük hədiyyəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə