“Parisdə gecəyarı” filmi Amerikada rekord vurub- FOTO

“Parisdə gecəyarı” filmi Amerikada rekord vurub- FOTO

Vudi Allenin ekranlaşdırdığı "Parisdə gecəyarı" filmi Amerikada rekord vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmin altı nüsxəsindən gəliri həftə sonu 579 min dollar təşkil edib.

Bu ekran əsərinin hər nüsxəsi 95,6 min dollar toplayıb. Bu göstəricidə əvvəlki rekordun sahibi "Oskar" mərasiminin triumfatoru olan "Kral danışır!" filmi idi. Film bir nüsxənin kassa mədaxilinə görə ilk həftə sonu yaradıcılarına 90 min dollar gətirmişdi.

"Parisdə gecəyarı"da baş rollarda Ouyen Uilson və Reyçel Makadams iştirak edib. Filmdə həmçinin Marion Kotiyar, Reyçel Makdams, Edrian Broudi və digər aktyorlar rol alıb. Filmdə epizodik rolda Fransa prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni də çəkilib.

Qeyd edək ki, "Parisdə gecəyarı"nın premyerası 64-cü Kann kinofestivalının açılışında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə