İsrail Azərbaycanda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsində iştirak etməyə bilər

İsrail Azərbaycanda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsində iştirak etməyə bilər

2012-ci ildə Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində İsrail iştirak etməyə bilər. SİA-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb isə müsabiqənin finalının 26 mayda İsraildə dini bayramın qeyd olunması ilə üst-üstə düşməsidir.

İsrail qanunvericiliyinə görə Şavuot dini bayramının qeyd edildiyi zaman ölkə heç bir beynəlxalq müsabiqəyə qatıla bilməz.

Məhz bu səbəbdən də İsrail 1980, 1984 və 1997-ci illərdə Eurovison mahnı müsabiqələrində iştirak etməyib.

Məlumat üçün bildirək ki, tarixin dəyişdirilməsi ilə bağlı İsrail dövləti Avropa Yayımları Şurasının iyunun 20-də həyata keçiriləcəyi iclasda müzakirə olunmasını xahiş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə