Azərbaycan mədəniyyəti və həqiqətləri Mexikoda- FOTOSESSİYA

Azərbaycan mədəniyyəti və həqiqətləri Mexikoda- FOTOSESSİYA

Mexiko şəhərində 15 gün ərzində davam edəcək ənənəvi "Dost ölkələrin mədəniyyət yarmarkası" başlayıb. Azərbaycanın Meksikadakı Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarmarka Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər vasitəsi ilə öz ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilib. Mədəniyyət yarmarkasında, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Səfirliyi də təmsil olunur.

Yarmarka Mexiko şəhərinin ən iri və mərkəzi prospektlərindən biri olan "Reforma" prospektində təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, 30 milyonadək əhalisi olan Mexiko şəhərində gündəlik olaraq bir neçə milyon şəhər sakini və turistlər yarmarkanı ziyarət edirlər. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqda məlumatlarla yanaşı, həmçinin ölkə haqda məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə çap və elektron materiallar nümayiş etdirilir və paylanılır. Həmçinin, üzərində ispan dilində "Qarabağ, Azərbaycan", "Azərbaycan – Odlar diyarı" yazılmış köynəklər, idman papaqları, qolbağılar, fincanlar, divar saatları və digər əşyalar, habelə müxtəlif mili şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

Qeyd etmək lazımdır ki, Yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılan əraziyə böyük maraq göstərilir. Azərbaycanın 2011-ci il "Avrovizion" mahnı müsabiqəsində qalib gəldiyindən sonra, bu marağın xüsusi ilə artdığı müşahidə olunur. Həftənin bütün günləri açıq olan sərgi zamanı, Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilir. Sözügedən tədbir ümumən Azərbaycanın təbliği və təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

\"\"\"\"\"\"\"\"\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə