Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən SİA-ya verilən məlumatda bilidirilib ki, Bakıda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsi mayın 22-si, 24-ü və 26-da keçiriləcək. Mayın 22-də müsabiqənin I yarımfinalı, 24-də II yarımfinalı, mayın 26-da isə müsabiqənin final mərhələsi baş tutacaq. Məlumatda o da bildirilib ki, hazırda müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB